Məşhur aktrisa vəfat etdi
Dünya
Braziliya seriallarının 98 yaşlı ulduzu Laura Kardozu vəfat edib.
News24.az xəbər verir ki, bu barədə yerli “Terra” nəşri məlumat yayıb.
Laura Kardozunun nəvəsi bildirib ki, aktrisa 17 avqustda təbii səbəblərdən dünyasını dəyişib.
O, San-Paulu şəhərindəki evində vəfat edib.
Kardozu ilə vida mərasimi 18 avqustda San-Pauluda qapalı keçiriləcək.
Qeyd edək ki, aktrisa karyerasına 15 yaşında Braziliya radiosunda başlayıb, daha sonra televiziyaya keçib.
Karyerası ərzində Kardoza serial, film və tamaşalarda onlarla obraz canlandırıb.
Tamaşaçılar onu “Tropikankanın sirri” serialında baş qəhrəmanlar Rut və Rakelın anası rolundan rollarından tanıyırlar.
Laura Kardozu sonuncu dəfə 2019-cu ildə ekran qarşısına çıxıb.