Məşhur aktyor İslamı qəbul etdi

Məşhur aktyor İslamı qəbul etdi Dünya

“Bütün Ağır Əməllərə Qarşı” (Breaking Bad) serialı ilə məşhurlaşan amerikalı aktyor Cankarlo Esposito Səudiyyə Ərəbistanına səfəri zamanı İslamı qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı ölkənin Baş Əyləncə İdarəsinin sədri Türki əl-Şeyxə istinadən məlumat yayıb.

Məlumata görə, aktyor Krallıqda çəkilişlər zamanı şəhadət gətirərək müsəlman olub.

Həmçinin bildirib ki, Esposito çəkiliş heyətinin üzvləri ilə birlikdə məsciddə namaz da qılıb.

Qeyd olunub ki, Espositonun bu qərarı Səudiyyə Ərəbistanında keçirdiyi müsbət təcrübə və birlikdə çalışdığı müsəlmanlarla qurduğu səmimi münasibətlərin nəticəsi olub.

Aktyor ölkədə iri beynəlxalq layihə olan “Yeddi İt” (Seven Dogs) filminin çəkilişlərində iştirak edib.

Layihə Səudiyyə Ərəbistanının əyləncə və kino sənayesini inkişaf etdirmək strategiyasının bir hissəsi olub.

Bununla belə, xəbərin yayımlandığı vaxtadək Cankarlo Esposito sosial şəbəkələrdə rəsmi açıqlama verməyib və dinini dəyişməsi ilə bağlı məlumatı şəxsən təsdiqləməyib.