Məşhur aktyor karyerasını başa vurdu

Məşhur aktyor karyerasını başa vurdu Dünya

Hollivud kinosunun əfsanəsi Klint İstvud karyerasını başa vurub.

News24.az xəbər verir ki, bu barədə aktyorun oğlu Kayl İstvud məlumat verib.

O, atasının təqaüdə çıxdığını təsdiqləyib:

“Atam hazırda təqaüddədir. Onunla bir neçə film üzərində işləmək imkanına sahib olduğum üçün özümü çox şanslı hesab edirəm”.

Qeyd edək ki, 96 yaşı aktyor son illərə qədər kinoda çox fəal olub.

2024-cü ildə onun rejissoru olduğu “Juror No. 2” filmi nümayiş olunub. Film həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb.

Klint İstvud Hollivuddakı karyerasına kiçik rollarla başlayıb, məşhurluğu isə “Rawhide” serialı sayəsində qazanıb.

1960-cı illərdə o, rejissor Serco Leonenin məşhur “dollar trilogiyası”nda çəkilib. Həmin trilogiyanın ən tanınmış filmi “The Good, the Bad and the Ugly” olub.

1992-ci ildə İstvud həm rejissor, həm də baş rol ifaçısı kimi “Unforgiven” filmini ərsəyə gətirib. Film ona “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarında iki “Oskar” qazandırıb.

O, həmçinin baş rolda Meril Stripin oynadığı “The Bridges of Madison County” melodramının da rejissoru olub.

Uğurlu karyera ilə yanaşı, Klint İstvud həm də altı fərqli qadından dünyaya gəlmiş səkkiz uşağın atasıdır. O, üç dəfə rəsmi nikahda olub. /ScreenRant /