Məşhur aktyor vəfat etdi - FOTO
Dünya
80 yaşlı britaniyalı aktyor Tom Çadbon vəfat edib.
News24.az xəbər verir ki, o, daha çox "Doktor kim" və "Taxt-tac oyunları" seriallarındakı rolları ilə tanınıb.
Aktyorun əməkdaşlıq etdiyi “Fantom İvents” agentliyinin aktyorun ölümü ilə bağlı yaydığı bəyanatda bildirilib ki,
Tom hər zaman mehriban və səmimi insan olub, onunla işləmək böyük zövq verib.
Qeyd edək ki, Tom Çadbon aktyorluq karyerasına 1960-cı illərin sonlarında başlayıb və fəaliyyəti ərzində 120-dən çox film və serialda rol alıb.
Ona geniş şöhrət 1979–1986-cı illərdə yayımlanan "Doktor kim" serialındakı Duqqan obrazı, xüsusilə "Ölüm şəhəri" seriyasındakı çıxışı ilə gəlib.
Aktyorun son ekran işi 2017-ci ildə yayımlanan "Taxt-tac oyunları" serialında Ali septon Meynard obrazı olub.
Onun filmoqrafiyasına "Kazino Royale", "Rebekka", "Saf ingilissayağı qətllər", "Pip Şou", "Bleyk 7", "Səssiz şahid" və digər ekran işləri daxildir.