Məşhur aktyor xərçəngdən öldü
Dünya
Yeni Zelandiyalı aktyor Sem Nil 78 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə akyorun ailəsi məlumat yayıb.
Yaxınlarının bildirdiyinə görə, Sem Nil iyulun 13-də Avstraliyanın Sidney şəhərində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib. Onlar qeyd ediblər ki, aktyorun vəfatı qəfil və gözlənilməz olub. Bildirilib ki, Sem Nil xərçənglə mübarizədən sonra remissiya mərhələsində idi.
Ailə şəxsi həyata hörmət göstərilməsini xahiş edib və əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.
Qeyd edək ki, Sem Nilə 2022-ci ildə qan xərçənginin nadir növü olan angioimmunoblastik T-hüceyrəli limfoma diaqnozu qoyulmuşdu.
İlkin müalicə nəticə vermədikdən sonra ona alternativ xərçəng əleyhinə dərman təyin edilmiş və bunun sayəsində xəstəlik remissiya mərhələsinə keçmişdi.
Aktyor bir müddət əvvəl “The Guardian” qəzetinə verdiyi müsahibədə ölümdən qorxmadığını, lakin ən azı daha 10–20 il yaşamaq istədiyini demişdi.