Məşhur bəstəkar bıçaqlanaraq öldürüldü

Məşhur bəstəkar bıçaqlanaraq öldürüldü Dünya

Dünyaca məşhur müğənnilərlə əməkdaşlıq edən 35 yaşlı bəstəkar Talay Rayli Şərqi Londonun Silvertaun rayonunda bıçaqlanaraq öldürülüb.

News24.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Onlardan biri girov müqabilində sərbəst buraxılıb, digər iki nəfər — bir kişi və bir qadın isə daha sonra onlara qarşı heç bir ittiham irəli sürülmədən azad edilib.

Qeyd edək ki, Raylinin “Spotify” platformasında aylıq 76 min dinləyicisi olub.

O, bir çox tanınmış ifaçı, o cümlədən Aşer, Cessi Cey, Elli Qoldinq, İqqi Azaliya, Brtini Spirs, Dua Lipa və Kreyq Devid üçün mahnılar bəstələyib. /Standard/