Məşhur bloqçu 26 yaşında xərçəngdən vəfat etdi
Dünya
ABŞ-nin tanınmış bloqçusu Sidni Toul 26 yaşında nadir xərçəng xəstəliyindən vəfat edib.
News24.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Məlumata görə, Sidni Toula 2023-cü ildə öd yollarının nadir xərçəng növü olan xolangiokarsinoma diaqnozu qoyulub. O, kimyaterapiya və qaraciyər əməliyyatı da daxil olmaqla müxtəlif müalicələr alsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bloqçunun ailəsi onun vəfat etdiyini sosial şəbəkədə paylaşaraq təsdiqləyib və Sidneyin xəstəliklə sonadək mübarizə apardığını bildirib.
Qeyd edək ki, Sidni Toul müalicə prosesini TikTok hesabında izləyiciləri ilə bölüşürdü. Onun sosial şəbəkədə 1 milyondan çox izləyicisi var idi.