Məşhur bloqer geyiminə görə təyyarəyə buraxılmadı- "Çılpaqsınız"

Məşhur bloqer geyiminə görə təyyarəyə buraxılmadı- "Çılpaqsınız" Dünya

25 yaşlı almaniyalı fitnes-bloqer Edda Eliza Pilts “Lufthansa” aviaşirkətini tənqid edib.

News24.az xəbər verir ki, Edda bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, təyyarəyə minərkən ekipaj onu açıq-saçıq geyiməsini əsas gətirərək salona buraxmayıb.

O, minik zamanı qısa idman köynəyi və qısa şortda olub.

Bloqer iddia edir ki, “Lufthansa” əməkdaşı təyyarənin minik zamanı onun önünü kəsib. Səbəbini soruşduqda isə ona "siz çılpaqsınız" deyib.

Edda qeyd edib ki, həmin an onun üzərində idman geyimi olub. Buna baxmayaraq, hava limanının əməkdaşları onu gödəkcə geyinməyə və bütün düymələrini bağlamağa məcbur ediblər.

Eyni zamanda getdiyi ölkədə də havanın temperaturu təxminən 30 dərəcə olub.

Bloqer vurğulayıb ki, onu narahat edən məsələ geyim qaydalarının mövcudluğu deyil, bu qaydaların ona çatdırılma tərzi olub.

“The Mirror” nəşri bildirib ki, hadisəyə “Lufthansa” münasibət bildirib.

Şirkət sözçüsünün münasibət bildirdiyi iddia edilən açıqlamaya görə, "Lufthansa "bort bələdçiləri və ekipaj daxili qaydalara riayət etməlidir, eyni zamanda onlar vəziyyətə uyğun çevik yanaşmaq səlahiyyətinə malikdir. Amma onlar geyimlə bağlı tələblərinin olmasına rəğmən, belə yanaşma sərgiləyə bilməz. Sərnişinlər də səyahət zamanı geyimlərini "ictimai yerə uyğun" seçməlidirlər".

Sonda Edda Eliza Piltsin uçuşuna icazə verilib.

Məşhur bloqer geyiminə görə təyyarəyə buraxılmadı- "Çılpaqsınız" Məşhur bloqer geyiminə görə təyyarəyə buraxılmadı- "Çılpaqsınız" Məşhur bloqer geyiminə görə təyyarəyə buraxılmadı- "Çılpaqsınız"