Məşhur britaniyalı aktyor vəfat etdi

Məşhur britaniyalı aktyor vəfat etdi Dünya

Britaniyalı aktyor Entoni Hed 72 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə BBC aktyorun ailəsinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, aktyor pnevmoniya ağırlaşmaları səbəbindən dünyasını dəyişib.

Entoni Hed "Baffi - vampirləri məhv edən", "Ted Lasso", "Merlin", "Sizin Britaşa" və s. seriallardakı rolları ilə tanınırdı.

O, həmçinin "Dəmir ledi" və "Şüurun dəlilləri" filmlərində də çəkilib. (Oxu.az)