Məşhur britaniyalı yazıçı öldü
Dünya
Britaniyalı yazıçı Ceffri Arçer vəfat edib.
News24.az xəbər verir ki, 86 yaşlı yazıçı oktyabrın 5-də evində qəfil və sakit şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, Arçer “Kain və Abel”, “Klifton xronikaları”, “Bir qəpik çox, bir qəpik az”, “Prezidentə deməliyik?”, “Bərabərlər arasında birinci”, “Oğru şərəfi” və “Dördüncü hakimiyyət” əsərlərinin müəllifidir. Onun əsərləri dünya üzrə 300 milyon nüsxədən çox satılıb.