Məşhur enerji içkisinə qarşı araşdırma başladı
Dünya
Avropa İttifaqı (Aİ) Komissiyası enerji içkiləri bazarının ən böyük oyunçularından olan "Red Bull"a qarşı rəsmi rəqabət araşdırmasına başlayıb.
News24.az xəbər verir ki, komissiya şirkətin dominant mövqeyindən sui-istifadə edib-etmədiyini müəyyən etməyi planlaşdırır.
Açıqlamada qeyd olunub ki, araşdırma "Red Bull"un Aİ-nin rəqabət qaydalarına uyğun fəaliyyət göstərib-göstərmədiyini qiymətləndirəcək. Şirkətin 250 millilitrdən böyük enerji içkiləri kateqoriyasında rəqabəti məhdudlaşdırmaq məqsədilə Avropa miqyasında strategiya həyata keçirdiyinə dair şübhələr mövcuddur.
Məlumata görə, "Red Bull" satış məntəqələrinə, o cümlədən supermarketlər və yanacaqdoldurma məntəqələrinə rəqib markaların 250 millilitrdən böyük məhsullarının satışını dayandırdıqları təqdirdə pul və ya digər stimullar təklif edib. Bu strategiyanın xüsusilə şirkətin ən yaxın rəqibinə yönəldiyi ehtimal olunur.