Məşhur modelyerin pişiyi ona qoyulan 1,5 milyonluq mirası ala bilmir

Məşhur modelyerin pişiyi ona qoyulan 1,5 milyonluq mirası ala bilmir Dünya

Məşhur alman modelyer Karl Laqerfeldin sevimli pişiyi Şupettə vəd edilən milyonluq miras hələ də ödənilməyib.

News24.az xəbər verir ki, bu barədə Şupettin hazırkı himayədarı - dizaynerin keçmiş işçisi Fransuaz Kasot məlumat verib. O bildirib ki, Laqerfeldin vəfatından yeddi il keçməsinə baxmayaraq, ev heyvanının saxlanılması üçün vəsiyyətnamədə göstərilən 1,5 milyon dolları hələ də ala bilməyib.

Onun sözlərinə görə, hazırda heyvana tamamilə öz hesabına qulluq edir.

Buna baxmayaraq, Fransuaz mirası almaq üçün vəkilə müraciət etdiyini vurğulayıb.

“Bu mənim əsas prioritetimdir. Ən vacibi onun xoşbəxt, sevgi, qayğı ilə əhatə olunması və Karlın istədiyi kimi qorunmasıdır. Ümid edirik ki, bir gün vəziyyət sülh yolu ilə həll olunacaq”, — deyə o bildirib.

Fransız moda evi “Chanel”-in kreativ direktoru Karl Laqerfeld 2019-cu ilin fevralında vəfat edib.