Məşhur müğəninin konserti öncəsi qəza: altı nəfər xəsarət aldı
Dünya
Britaniyalı müğənni Ed Şira ABŞ-nin Detro yt şəhərindəki konsertinə saatlar qalmış stadionda qəza baş verib.
News24.az xəbər verir ki, yükqaldıran maşın stadionda çalışan bir neçə nəfəri vurub. Nəticədə altı nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobil nasaz olub.
Konsertin keçirildiyi stadionun nümayəndələri hadisə ilə bağlı araşdırma aparılacağını bildiriblər.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb.