Məşhur müğənni ev dustaqlığına buraxıldı
Dünya
Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb.
News24.az xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişdirərək ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq edib və sərbəst buraxılmasına qərar verib.
Qeyd edək ki, Yusuf Güney aprelin 9-da Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb, həmin gün məhkəmə qərarı ilə həbs olunmuşdu.