Məşhur müğənni helikopter qəzasında öldü - FOTO
Dünya
ABŞ-li müğənni Oliver Tri dünya turnesi çərçivəsində Braziliyada vəfat edib.
News24.az xəbər verir ki, müğənni Rio-de-Janeyroda iki helikopterin havada toqquşması zamanı həyatını itirib.
Qəza nəticəsində helikopterlərdəki 6 nəfərin hamısı ölüb.
Məlumata görə, sərnişinlər arasında braziliyalı musiqi prodüseri, argentinalı videorejissor və yutuber Qaspar Prim (Gaspi) də olub.
Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.
Toqquşmadan sonra helikopterlər elektromobil avtosalonunun dayanacağına düşüb və nəticədə təxminən 20 avtomobil yanıb.
Mənbənin sözlərinə görə, yandığında həlak olanların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün deyil.
Qeyd edək ki, Oliver Tri “Life Goes On”, “Miss You” və “Alien Boy” hitləri ilə tanınırdı.
Onun mahnıları “Spotify” platformasında hər ay 11 milyondan çox dinləyici tərəfindən dinlənilirdi.
Bəzi hitlərinin dinlənmə sayı isə 700 milyonu ötüb. /AFP/