Məşhur müğənni soyadından imtina etdi

Məşhur müğənni soyadından imtina etdi Dünya

Amerikalı müğənni Mayli Sayrus səhnə adından soyadını çıxarıb.

News24.az xəbər verir ki, sənətçi bundan sonra yalnız “Mayli” adı ilə çıxış etməyi planlaşdırır.

Müğənninin soyadından imtina etməsinin atası, kantri ifaçısı Billi Rey Sayrusla münasibətlərində yaşanan problemlərlə bağlı olduğu iddia edilir.

Mayli daha əvvəl açıqlamasında valideynlərinin 2022-ci ildə boşanmasından sonra atası ilə münasibətlərinin pisləşdiyini bildirmişdi. Bir neçə il ailə üzvlərinin bir-biri ilə ünsiyyəti olmayıb.

Buna baxmayaraq, Mayli və atası 2026-cı ilin martında “Hanna Montana” serialının 20 illiyi münasibətilə hazırlanan xüsusi buraxılışda birlikdə görüntüləniblər. (axsam.az)