Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Əməliyyat olunacaq
Dünya
Türkiyəli müğənni və aktyor Yavuz Bingöl öd kisəsində aşkarlanan daş səbəbindən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, sənətçi İstanbulda yerləşən xəstəxanalardan birində müayinə olunur.
Müayinədən sonra onun əməliyyatla öd kisəsi çıxarılacaq. Əməliyyatın gecə saatlarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Yavuz Bingöl iyul ayında bu ağrılar üzündən Malatyada planlaşdırılan konsertini ləğv etməli olmuşdu. O zaman sənətçi səhhətində ciddi problem olmadığını və əməliyyat keçirəcəyini açıqlamışdı.