Məşhur müğənninin 5 milyonluq əşyası oğurlandı
Dünya
Müğənni və model Anna Kalaşnikovanın Monakodan Milana gedərkən qatarda çemodanı oğurlanıb.
News24.az xəbər verir ki, Kalaşnikova “The Voice” verilişinə açıqlamasında çemodanda 60 min dollardan çox dəyərində zinət əşyaları və dizayner məhsullarının olduğunu bildirib.
Sənətçi oğurluqdan İtaliyaya çatdıqdan sonra xəbər tutub. Onun sözlərinə görə, hadisə ilə bağlı polisə müraciət edib, amma ay yarım keçməsinə baxmayaraq, əşyalar tapılmayıb.
Kalaşnikova çemodanının gözünün qarşısında qarət edilməsinin, yaşadıqlarının onu şoka saldığını bildirib.