Məşhur reper Fələstinə 1 milyon dollar bağışlayacaq

Məşhur reper Fələstinə 1 milyon dollar bağışlayacaq Dünya

Amerikalı reper Maklmor Ed Şiranla birlikdə keçirdiyi turdan əldə etdiyi gəlirin 1 milyon dollarını Fələstin yardım təşkilatlarına bağışlayacağını açıqlayıb.

News24.az xəbər verir ki, reper bu barədə sosial media hesabında paylaşım edib.

Maklmor bildirib ki, fələstinlilər hələ də öldürülür, işğal altında yaşayır və azadlıqları uğrunda mübarizə aparırlar.

O, amerikalı milyarder Robert Kraftı da Fələstin üçün ianə etməyə çağırıb.

Qeyd edək ki, Maklmor Fələstinə dəstək açıqlamalarına görə Ed Şiranın ABŞ turnesinin qalan konsertlərindən uzaqlaşdırılıb. Kraft isə Maklmorun çıxışlarına qarşı olduğunu bildirmiş və onun “antisemit açıqlamalar” verdiyini iddia etmişdi.