Məşhur reper həbsxanada başından yaralandı
Dünya
“Diddi” ləqəbi ilə tanınan amerikalı reper Şon Kombs yıxılaraq başından xəsarət aldıqdan sonra ABŞ-ın Nyu-Cersi ştatındakı federal həbsxanadan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
News24.az xəbər verir ki, 56 yaşlı musiqiçi oktyabrın 10-da səhər saatlarında xəstəxanaya aparılıb. Tibb mərkəzinə çatdırılanda onun huşuözündə olub və danışa bilirmiş.
Daha sonra reper yenidən həbsxanaya qaytarılıb. Xəsarətin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Diddi Kombsun nümayəndəsi Cuda Engelmayyer hadisənin təfərrüatlarını araşdırdıqlarını bildirib.
Onun sözlərinə görə, reperin sağlamlığı və təhlükəsizliyi əsas prioritetdir.
Qeyd edək ki, Kombs 2025-ci ildə qadınları fahişəliyə cəlb etməklə bağlı iki ittiham üzrə təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Daha ağır ittihamlar üzrə isə bəraət alıb.
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına əsasən, reperin azadlığa buraxılması 2028-ci il martın 2-nə planlaşdırılıb.