Məşhur reper həyat yoldaşının bədənini nəzarətdə saxlayır
Dünya
Məşhur reper Kanye Uest həyat yoldaşı Byanka Çensorinin həyat tərzinə ciddi şəkildə nəzarət edir.
News24.az “Daily Mail”ə istinadən xəbər verir ki, 30 yaşlı avstraliyalı dizayner həyat yoldaşının göstərişləri əsasında sərt pəhriz saxlayır və hər gün yüngül fiziki məşqlər edir.
Mənbələrin bildirdiyinə görə, Uest Byankanın incə bədən formasını qorumasını istəyir ki, onun seçdiyi açıq-saçıq geyimlərdə mümkün qədər cəlbedici görünsün. Hətta Çensorinin qidalanması belə nəzarət altındadır. Axşam yeməyi üçün yalnız kiçik salat boşqabları istifadə olunur, restoranlarda isə ona yalnız qəlyanaltı sifariş etməyə icazə verilir.
Bundan əlavə, Uest həyat yoldaşına bir sıra qadağalar da qoyub: günəşlənmək, döymə və pirsinq etdirmək qəti şəkildə yasaqlanıb. Onun fikrincə, bu cür detallar Byankanı “adi qadına” çevirə bilər.
Maraqlıdır ki, reper özü sevdiyi yeməklərdən imtina etmir.
Mənbələr qeyd edir ki, Byanka bu qaydalara etiraz etmir, əksinə, hesab edir ki, əri ona dəstək olur və ən yaxşı formada görünməsinə kömək edir.
İnsayderlərin sözlərinə görə, Uest həyat yoldaşının bel ölçülərini təkcə geyim dizaynı üçün deyil, həm də bədən formasını izləmək məqsədilə mütəmadi olaraq ölçür. Byanka isə hər gün Uestin iştirakı ilə, lakin sərt rejimsiz məşq edir, ağır "crossfit"lər əvəzinə sadəcə gəzinti və dartınma hərəkətləri ilə kifayətlənir.