Məşhur rus aktyoru vəfat etdi

Məşhur rus aktyoru vəfat etdi Dünya

“Hücum” və “Tülkü ovu” filmlərindəki rolları ilə tanınan aktyor Vasili Popov 78 yaşında vəfat edib.

News24.az xəbər verir ki, məlumatı aktyorun çalışdığı Qorki adına Tula Akademik Dram Teatrının Novomoskovsk filialı yayıb.

Aktyor oktyabrın 3-də vəfat edib. Onun 79 yaşı oktyabrın 6-da tamam olacaqdı.

Teatr rəhbərliyi TASS-a açıqlamasında Popovun ölümünə insultun səbəb olduğunu bildirib.

Vasili Popov 1986-cı ildə çəkilən “Hücum” filmində Kapitan Ordintsevi canlandırıb. O, həmçinin “Tülkü ovu” filmində rol alıb.

Aktyor teatr səhnəsində də uzun illər fəaliyyət göstərib və 100-dən çox obraz yaradıb.