Məşhur saytlara giriş bloklandı - Rusiyada nə baş verir?

Məşhur saytlara giriş bloklandı - Rusiyada nə baş verir? Dünya

Rusiyada “Apple”-ın rəsmi saytına, "Google" axtarış sisteminə və proqram tərtibatçıları üçün nəzərdə tutulmuş "GitHub" platformasına girişdə problemlər yaranıb.

News24.az xəbər verir ki, bu barədə məlumatlar şəbəkə monitorinqi xidmətlərində və sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, məhdudiyyətlər müxtəlif mobil operatorların və ev internet provayderlərinin şəbəkələrində müşahidə olunur. Saytlar Rusiya IP ünvanlarından açılmır və ya çox gec yüklənir.

Şəbəkə monitorinqi xidmətlərinin məlumatına əsasən, “GitHub” ilə HTTPS bağlantısı təxminən 50 faiz hallarda, “Google” ilə isə 26 faiz hallarda kəsilir.

Eyni zamanda “Apple”-ın rəsmi saytı da əlçatmaz olub.

Hələlik bunun məqsədyönlü bir bloklama, yoxsa Rusiya Rabitə Nəzarəti Xidmətinin ("Roskomnadzor") məhdudlaşdırıcı sistemlərində baş vermiş texniki nasazlıq olduğu bilinmir.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.