Məşhur sənətçi pitbull hücumuna məruz qaldı, üzünə tikiş qoyuldu

Məşhur sənətçi pitbull hücumuna məruz qaldı, üzünə tikiş qoyuldu Dünya

“Felakət Tellalı” ləqəbi ilə tanınan türkiyəli sənətçi və maqazin yazarı Onur Akay pitbull hücumuna məruz qalıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə sənətçi iti ilə gəzintiyə çıxarkən baş verib. Sahibsiz pitbullun hücumu zamanı o, itini qorumağa çalışarkən yaralanıb. Hücum nəticəsində Akayın üzündə ciddi xəsarət yaranıb.

Sənətçi təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun burnuna və dodağına ümumilikdə 12 tikiş qoyulduğu bildirilib.

Müalicəsi başa çatan Akay daha sonra evə buraxılıb.

Nilufər