Məşhur tiktoker canlı yayımda güllələndi

Məşhur tiktoker canlı yayımda güllələndi Dünya

Meksikada 23 yaşlı məşhur komediyaçı və bloqçu Sezar Qastelum silahlı hücum nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, hadisə avqustun 4-də Sinaloa ştatının Kuliakan şəhərində baş verib. Qastelum dostları ilə birlikdə restoran yaxınlığında canlı yayım edərkən motosikletlə hərəkət edən iki nəfər onlara yaxınlaşıb.

Bir neçə dəfə ərazidən keçən motosikletçi daha sonra bloqçunun yanında dayanıb və ona atəş açaraq hadisə yerindən qaçıb. Ağır yaralanan Sezar Qastelumun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı onun yanında olan iki dostu isə xəsarət almayıb.

Hüquq-mühafizə orqanları faktı sifarişli qətl kimi qiymətləndirir və şübhəlilərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat aparır.