Məşhur yemək yarışmasının qalibi evində ölü tapıldı – VİDEO

Məşhur yemək yarışmasının qalibi evində ölü tapıldı – VİDEO Dünya

"MasterChef Türkiyə" proqramının 2021-ci il çempionu aşbaz Eren Kaşıkçı evində ölü tapılıb.

News24.az xəbər verir ki, "Qızıl Saqqal" ləqəbi ilə tanınan Kaşıkçının şübhəli ölümü ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.

Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb və dəqiq səbəbin məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdirilməsi gözlənilir.