Messinin komandası Dünya Çempionatında uduzacaq - Məşhur cadugərdən şok proqnoz

Messinin komandası Dünya Çempionatında uduzacaq - Məşhur cadugərdən şok proqnoz Dünya

Kabo-Verde millisi futbol üzrə dünya çempionatının 1/16 finalında hazırkı dünya çempionu - Argentina yığmasını mübarizədən kənarlaşdıracaq.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri çempionatlarda etdiyi mistik əməllərlə gündəmə gələn hanalı cadugər Nana Kvaku Bonsam sosial şəbəkə hesablarında yazıb.

O bildirib ki, qarşıdakı 1/16 final görüşünün nəticəsi artıq əvvəlcədən müəyyən olunub.

Cadugər həmçinin dünya çempionatının qalibinin Portuqaliya millisi olacağına inandığını da ifadə edib.

Qeyd edək ki, Argentina – Kabo-Verde oyunu iyulun 4-də keçiriləcək.