Messinin xanımının taxdığı boyunbağının qiyməti – FOTO
Dünya
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokuzzo ABŞ-da lüks brendlərdən birinin təşkil etdiyi tədbirdə görünüşü ilə diqqət mərkəzinə düşüb.
News24.az xəbər verir ki, Rokuzzonun sözügedən gecədə taxdığı boyunbağının qiyməti dünya mətbuatında geniş əks-səda doğurub.
İspaniya mətbuatında yer alan məlumatlara görə, Antonelanın bu özəl tədbir üçün seçdiyi almaz boyunbağının dəyərinin tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) olduğu iddia edilir.
Sadə və zərif lacivərd rəngli libasını günəş formasındakı bu nəhəng kolye ilə tamamlayan Rokuzzo lüks üslubunu bir daha nümayiş etdirib.
Tədbir boyu şən əhval-ruhiyyəsi ilə seçilən Antonela Rokuzzo təkcə futbol dünyasının deyil, həm də moda aləminin ən çox müzakirə edilən simalarından biri olmağa davam edir. (Musavat.com)