Meta uşaqlara qarşı cinsi istismar məzmununa görə araşdırılır
Dünya
Hindistanın Yeni Dehli şəhərində polis Meta şirkətinin platformalarında uşaqlara qarşı cinsi istismar məzmununun yayılması ilə bağlı araşdırmaya başlayıb.
News24.az xəbər verir ki, Hindistan Milli İnsan Hüquqları Komissiyasının (NHRC) üzvü Priyank Kanoonqo məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, komissiyanın göstərişlərinə uyğun olaraq, Yeni Dehli polisi Meta platformalarında uşaqlara qarşı cinsi istismar materiallarının yayılması ilə bağlı istintaq hesabatı hazırlayıb.
BBC-nin araşdırmasına əsasən, “Instagram” Hindistanda uşaqlara qarşı cinsi istismarı təşviq edən pullu reklamlar yayımlayıb.
Bundan sonra Hindistan hökuməti Meta şirkətinə platformalarında uşaqlara qarşı cinsi istismarla bağlı bütün reklam və məzmunun silinməsi barədə göstəriş verib.
Meta isə sentyabr ayında belə halları birbaşa Hindistanın hüquq-mühafizə orqanlarına bildirməyə başlayacağını açıqlayıb.