"Müharibə istəmirik, amma…" – Əraqçi

"Müharibə istəmirik, amma…" – Əraqçi Dünya

İran ABŞ və İsraillə hərbi münaqişə aparmaq istəmir, lakin uzun müddət döyüşmək potensialına malikdir.

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Bizim hərbi vəziyyətimiz indi 40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Biz müharibə zamanı edə bilmədiyimiz imkanları genişləndirmişik. Bizim hərbi sənayemiz əhəmiyyətli dərəcədə aktivləşib. Bu səbəbdən istənilən zaman müharibəni davam etdirmək imkanına sahibik, lakin bu, o demək deyil ki, biz müharibə istəyirik", – nazir "Al-Mayadeen" telekanalına müsahibəsində deyib.

Qeyd edib ki, İran müharibəyə can atmır və müharibəni başlayan tərəf də deyil.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Zərbələrə İranın iri şəhərləri, o cümlədən Tehran tuş gəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı cavab atəşinə keçib, İsrailə zərbələr endirib. Qeyd edək ki, hədəf olaraq həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları da seçilib. Bununla yanaşı, İran hökuməti Hörmüz boğazını bağlamaq qərarına gəlib.