“Müharibə partiyasının üçbaşlı qüvvəsi məhv edilib” - Paşinyan

“Müharibə partiyasının üçbaşlı qüvvəsi məhv edilib” - Paşinyan Dünya

“Üçbaşlı müharibə partiyası” məhv edilib.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nİkol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O qeyd edib ki, Ermənistanda xaricdən idarə olunan casus müxalifətinin kökünü kəsmək lazımdır.

“Ermənistanda dövlət maraqlarını əsas götürən yeni müxalifət formalaşmalıdır, lakin bunu hökumət yaratmamalıdır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, yeni müxalifətin formalaşdırılması məsələsi ilə bağlı ictimai dinləmələr təşkil edilməlidir.