Məşhur bloqer 110 kiloqram arıqladı – Ağrıları şiddətləndi
Dünya
Məşhur amerikalı bloqçu Nikokado Avokado sallanan artıq dərinin çıxarılması üçün keçirdiyi əməliyyatdan sonra dözülməz ağrılardan şikayətlənib.
News24.az xəbər verir ki, bu barədə “Dexerto” məlumat yayıb.
Onun sözlərinə görə, sentyabr ayında keçirdiyi əməliyyatdan sonra ağırlaşma yaranıb. Perri ağrılara səbəb kimi sinir sıxılmasından şübhələnir.
O bildirib ki, problemin aradan qaldırılması cərrahi müdaxilədən neçə həftə sonra yenidən əməliyyat keçirib. Lakin bir müddət sonra ağrılar təkrarlanıb. Bu vəziyyət onun yuxusuna və gündəlik həyatına ciddi təsir edir, qəbul etdiyi dərmanlar isə ağrını tam aradan qaldırmır.