Məşhur müğənnini qızı öldürüb? - Şok olay

Məşhur müğənnini qızı öldürüb? - Şok olay Dünya

Türkiyənin tanınmış müğənnisi Güllünün ölümü ilə bağlı istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter “yaxın qohumu planlı şəkildə qəsdən öldürmə” maddəsi ilə həbs edilib.

News24.az xəbər verir ki, dekabrın 9-da saxlanılan Sultan Nur Ulu dekabrın 12-də verdiyi ifadədə Tuğyan Ülkem Gülterin anası Güllünü pəncərədən itələdiyini iddia edib. Bunun ardından prokurorluq Gülteri məhkəməyə təqdim edib və barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Sultan Nur Ulu barəsində ev dustaqlığı, Arif Ulu və daha iki nəfər barəsində isə azadlıqda qalmaq qərarı verilib.

Qeyd edək ki, Güllü sentyabrın 26-da Yalovanın Çınarcık rayonundakı evinin balkonundan yıxılaraq ölüb.