Miqrantların qaldığı otel çökdü - Çox sayda ölən və itkin düşən var

Miqrantların qaldığı otel çökdü - Çox sayda ölən və itkin düşən var Dünya

Venesuelada baş verən güclü zəlzələ zamanı ABŞ-dən deportasiya edilən miqrantların qaldığı otel çöküb.

News24.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də səhər saatlarında ABŞ-dən gələn təyyarənin göyərtəsində deportasiya olunmuş 146 venesuelalı olub.

Onlardan 100-dən çoxu Karakasdan 30 kilometr aralıda, La-Quayra ştatında yerləşən otellərdən birində məskunlaşıb.

Həmin günün axşamı isə Venesuelada güclü zəlzələ baş verib.

Hadisə zamanı miqrantlar arasında ölənlər, yaralananlar olub.

Bir çox miqrant isə itkin düşüb.

Xatırladaq ki, ötən həftə Venesuelada dəqiqədən az fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Təbii fəlakətdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Bu zəlzələlər son 100 ildən artıq müddətdə ölkədə qeydə alınan ən güclü yeraltı təkanlardan biri hesab olunur. Zəlzələ Karakasda və ölkənin bir neçə ştatında hiss edilib.

Venesuela paytaxtı yaxınlığındakı Mayketiyada yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı zədələndiyi üçün bağlanıb. Həmçinin paytaxt metrosunun və dəmir yolu nəqliyyatının fəaliyyəti dayandırılıb.