"Mirziyoyev içki içmir, mən də onun yanında heç nə içmədim" - Lukaşenko
Dünya
Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistan başçısı Şavkat Mirziyoyev ilə görüşü zamanı spirtli içki qəbul etmədiklərini, yalnız şirə içdiklərini bildirib.
News24.az xəbər verir ki, Lukoşenko bunu jurnalistlərlə söhbəti zamanı deyib.
Belarus Prezidenti foto çəkilişi zamanı jurnalistlərə "Necə görünürük?" – deyə sual verib.
Lukaşenko isə zarafatla "Yaxşı görünürük, elə deyilmi? Dünən heç nə içmədik. Yalnız şirə. Özbəkistan Prezidenti içki içmir, ona görə də, başqa cür ola bilməzdi. Mən də onun yanında heç nə içmədim", - deyə cavab verib.