Mirzoyandan TRIPP açıqlaması - Silah, sursat...

Mirzoyandan TRIPP açıqlaması - Silah, sursat... Dünya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində silah və sursat daşınmasına icazə verilməyəcəyini bildirib.

News24.az xəbər verir ki, bu barədə “Novosti-Armenia” məlumat yayıb. Nazir marşrut boyunca silah, sursat və bəzi digər kateqoriyalara aid yüklərin daşınmasının qadağan olunacağını qeyd edib.

Mirzoyanın sözlərinə görə, Ermənistanda TRIPP layihəsi üçün infrastrukturun layihələndirilməsi işlərinə başlanılıb. Tikintiyə 2026-cı ilin sonunadək start verilməsi planlaşdırılır.

Qeyd edək ki, TRIPP layihəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.