“Mən heç vaxt heç nədən qorxmamışam” - Putin
Dünya
Rusiya Prezidenti Vladimir Putin süni intellekt əsasında yaradılan texnologiyaların mümkün təhlükələrindən heç vaxt qorxmadığını bildirib.
News24.az xəbər verir ki, Putin bunu Novosibirskdəki Akademşəhərcikdə tələbələr, aspirantlar və gənc alimlərlə görüşü zamanı deyib.
Görüşdə süni intellektin inkişafının yaratdığı risklər müzakirə olunub. Bu zaman tələbələrdən biri Rusiya prezidentinə müraciət edərək onun qorxacağı heç nəyin olmadığını deyib. Putin isə gülümsəyərək: “Mən heç vaxt heç nədən qorxmamışam”, – cavabını verib.