Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi

Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi Dünya

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSM) terror fəaliyyəti və kütləvi qırğın silahlarının yayılması ilə əlaqəli şəxslərin siyahısını yeniləyib.

News24.az xəbər verir ki, “NewsMaker”in məlumatına görə, siyahıya 149 nömrəli sənədlə Suriya Prezidenti Əhməd əl-Şaranın adı da əlavə edilib.

Məlumata əsasən, sənəd noyabrın 3-də Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Oleksandr Mustiate tərəfindən imzalanıb və noyabrın 7-də Moldovanın rəsmi orqanında dərc olunub.

Qeyd olunur ki, Əhməd əl-Şaraa Qərb ölkələrinin əksəriyyəti tərəfindən terror təşkilatı kimi tanınan “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri olub və Suriyada bu qruplaşmaya rəhbərlik edib.