Monqolustanda prezident vəzifəsini o icra edəcək

Monqolustanda prezident vəzifəsini o icra edəcək Dünya

Monqolustanda prezidentin istefasından sonra dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri icra edəcək.

News24.az xəbər verir ki, sözügedən ölkədə yeni prezident seçkilərinin parlamentin müvafiq qərarından sonrakı dörd ay ərzində keçirilməsi nəzərdə tutulur.

Bu barədə prezident administrasiyasının rəhbəri Altanxuyagiy Uilstuquldur brifinqdə məlumat verib.

Onun sözlərinə görə, prezident Uxnaaqiyn Xurelsux bu gün istefa ərizəsini təqdim edəcək.

Məsələ ilə bağlı parlament komitəsinin iclası sabah, yekun qərarın isə cümə axşamı plenar iclasda qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, Xurelsux ölkənin əsas müxalifət qüvvəsi olan Demokrat Partiyasının istefa və onun barəsində səsləndirilən ittihamların araşdırılması tələbi ilə razılaşıb.

Ulan-Batorun keçmiş meri Xişgeegiyin Nyambaatar prezidentin özəl şirkətdən on milyonlarla dollar almaqda, bahalı daşınmaz əmlaka və avtomobil kolleksiyasına sahib olmaqda ittiham edildiyini bildirmişdi.