Moskva merindən qəribə paylaşım: "Moskva yanacaq"

Moskva merindən qəribə paylaşım: "Moskva yanacaq" Dünya

Moskva şəhərnin meri Sergey Sobyaninin 40 min izləyicisi olan “Telegram” kanalında qəribə paylaşım edilib.

News24.az xəbər verir ki, paylaşımda “Moskva yanacaq” məzmunlu paylaşımlar, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün dronların alınmasına dəstək məqsədilə ianə toplama keçidləri yerləşdirilib.

Bir müddət sonra “Telegram” kanalı bağlanıb. Kanalın arxiv versiyası “TgStat” xidmətində saxlanılıb.

Səhər saatlarında isə kanalda merin əvvəlki paylaşımları yenidən görünüb.

Son paylaşımın iyunun 17-nə aid olduğu bildirilir.

Moskva meriyası baş verən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ehtimal olunur ki, Moskva merinin “Telegram” kanalı haker hücumuna məruz qalıb.

Qeyd edək ki, Sobyaninin bundan əlavə 358 min izləyicisi olan daha bir kanalı da var. /Mediazona/