Moskva səmasında gərgin anlar: iki PUA vuruldu, aeroportlar bağlandı
Dünya
Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını Moskvaya doğru hərəkətdə olarkən vurub.
News24.az xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin hadisə yerində operativ xidmətlərin işlədiyini açıqlayıb.
Hadisə ilə əlaqədar olaraq paytaxtın ən böyük iki hava limanı — Şeremetyevo və Vnukovo aeroportlarında bütün gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Bu barədə Rusiyanın aviasiya nəzarət qurumu və Şeremetyevo hava limanı məlumat yayıb.