Moskva üçün "simvolik qənimət" – Pokrovskda döyüşlər şiddətlənib

Moskva üçün "simvolik qənimət" – Pokrovskda döyüşlər şiddətlənib Dünya

Rusiya Pokrovsku almağa yaxındır, şəhərdə döyüşlər şiddətlənib.

News24.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Ukrayna hərbçiləri vəziyyətin çətin olduğunu deyirlər. Onlaarın sözlərinə görə, qüvvələr tükənib, yardım isə vaxtında gəlmir.

“Biz demək olar ki, mühasirədəyik, amma buna artıq öyrəşmişik”, – deyə CNN-ə danışan batalyon komandirlərindən biri bildirib.

Analitiklərin fikrincə, Pokrovsk əvvəlki kimi nəqliyyat qovşağı baxımından strateji əhəmiyyətini itirsə də, Moskva üçün simvolik hədəfə çevrilib. Əsgərlər qorxurlar ki, şəhəri sonadək saxlamaq cəhdi Baxmut və Avdeyevkada olduğu kimi, böyük itkilərlə nəticələnə bilər.