“Moskva və Kiyev razılaşma əldə etməyə yaxındır”
Dünya
“Moskva və Kiyev razılaşma əldə etməyə yaxındır”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışarkən deyib.
“Düşünürəm ki, hər iki tərəf artıq “Gəlin, razılaşma əldə edək” deyə biləcək mərhələdədir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçiriləcək.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.