Moskva Vaşinqtona şərtini AÇIQLADI: “Siyasi güzəşt olmayacaq”
Dünya
“Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff və Cared Kuşnerin təkliflərini nəzərdən keçirəcək, lakin siyasi güzəştlərə getməyəcək”.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff və Cared Kuşner gəlib bizim üçün nəsə təşkil etməyə çalışıblar. Görək, nə təklif edəcəklər. Əgər iqtisadi və maliyyə baxımından bizim üçün sərfəli təkliflər irəli sürsələr, niyə də olmasın? Lakin bu, tərəfimizdən heç bir siyasi güzəştə getmədən və bütün dünya məsələlərində bizə dəstək olacaq siyasi rəğbət gözləmədən edilməlidir”, – deyə Lavrov qeyd edib.
Nazir əlavə edib ki, Moskva sanksiyalar məsələsində Tramp administrasiyasından möcüzə gözləmir.
Lavrovun sözlərinə görə, ABŞ ən yaxşı halda Rusiyanın rəqibidir və qarşı tərəf mövqeyindədir. O, Vaşinqtonun ədalətli rəqabətə hazır olmadığını bildirib.