Moskva vilayətində raket təhlükəsi - Əhaliyə xəbərdarlıq edildi
Dünya
Moskva vilayətində raket təhlükəsi siqnalı elan edilib.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, əhaliyə binalarda, yeraltı dayanacaqlarda və ya yeraltı keçidlərdə sığınmaları tövsiyə olunub.
Eyni zamanda internetdə mümkün fasilələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Moskva vilayətində yerləşən Rusiyanın ən böyük Kosmik Rabitə Mərkəzlərindən biri olan “Dubna”ya hücum edib.
Hadisə zamanı heç kim xəsarət almayıb. Dəyən zərər barədə məlumat verilməyib.