Moskvada güclü yanğın: - ölənlər var

Moskvada güclü yanğın: - ölənlər var Dünya
Rusiyanın paytaxtı Moskvada administrativ binada baş verən yanğın nəticəsində 2 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yamskoqo Polya küçəsində yerləşən dördmərtəbəli binadakı yanğın ikinci mərtəbədən başlayıb.

Xilasetmə qüvvələri 7 nəfəri xilas edib, 2 nəfər isə yanğında həyatını itirib.