Moskvada raket təhlükəsi elan olundu

Moskvada raket təhlükəsi elan olundu Dünya

Moskva vilayətində raket təhlükəsi elan olunub.

News24.az xəbər verir ki, sakinlərə dərhal qapalı məkanlara keçmələri və ya yaxınlıqdakı dayanacaqlarda sığınacaq tapmaları tövsiyə edilib.

"Moskva vilayətində raket təhlükəsi elan edilib. Evdə qalın, pəncərələrdən uzaq durun və ya sığınacaq axtarın. Çöldə və ya nəqliyyat vasitəsindəsinizsə, yeraltı keçidə və ya dayanacağa sığının. Mobil internet xidməti kəsilə bilər. PUA-ların və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini çəkmək qadağandır. Ayıq və ehtiyatlı olun", – deyə Fövqəladə Halların Xəbərdarlığı üzrə Vahid Dövlət Sisteminin əhaliyə göndərdiyi bildirişdə qeyd olunub. (APA)