Ticarət mərkəzində yanğın - BAŞ VERDİ
Dünya
Moskvanın Leninski prospektində yerləşən RİO ticarət mərkəzinin binası yanıb.
News24.az xəbər verir ki, bu barədə “Diqqət, Moskva” Telegram kanalı məlumat yayıb.
Hadisə yerindən çəkilən kadrlardan görünüb ki, fasadın bir hissəsi yanğına qərq olub.
Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğının söndürülməsi üçün işlərə başlayıb.
Qeyd olunub ki, yanğın dördmərtəbəli binada baş verib.
Məryəm İlhamqızı