Moskvada uçuşlar gecikir - Nə baş verir?

Moskvada uçuşlar gecikir - Nə baş verir? Dünya

Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında 176 reys gecikir, daha 17 reys isə ləğv edilib.

News24.az xəbər verir ki, ən çox gecikmə Şeremetyevo hava limanındadır . Orada ümumilikdə 84 reys yubanır.

Onlardan 32-si uçuşa, 52-si isə enişə gecikir. Daha 7 reys isə ləğv edilib.

Vnukovo hava limanında 18 təyyarənin uçuşu, 38 reysin isə enişi gecikir. Daha 10 reys ləğv olunub.

"Domodedovo" da 12 reys uçuşa, 24 reys isə enişə gecikir. Reyslərin ləğvi barədə məlumat yoxdur.

Qeyd edək ki, Moskva meri Sergey Sobyaninin daha əvvəl avqustun 17-si axşamdan 18-i səhər saat 5-ə qədər Moskva istiqamətində 620 pilotsuz uçuş aparatının hərəkət etdiyini bildirib.

Onlardan 180-i paytaxta yaxınlaşarkən məhv edilib.