Moskvada xəstəxana yandı - 75 nəfər təxliyə edildi

Moskvada xəstəxana yandı - 75 nəfər təxliyə edildi Dünya

Moskvada N.İ. Piroqov adına 1 saylı Şəhər Klinik Xəstəxanasında yanğın baş verib.

News24.az xəbər verir ki, xəstəxanadan 75 xəstə xilas edilib. Onlardan 66 -sı hərəkət məhdudiyyətli, 14-ü isə reanimasiya şöbəsinin ağır xəstələri olub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Məlumata görə, yanğın xəstəxananın psixiatriya şöbəsinin zirzəmisindən başlayıb.